Hüquq sahəsində təhsil alan tələbələr və gənc hüquqşünaslar arasında akademik hüquqi yazı, araşdırma və təhlil bacarıqlarının artırılması məqsədi ilə ölkəmizdə ilk dəfə təşkil olunan “XƏTAİ” Akademik Hüquqi Yazı Müsabiqəsi mükafatlandırma mərasimi keçirilmişdir.
Müsabiqədə respublikanın müxtəlif nüfuzlu ali təhsil müəssisələrində təhsil alan 60-dan çox iştirakçı 3 mərhələli seçim prosesində iştirak etdi. Öz sahəsində mütəxəssis olan hüquq alimlərindən ibarət Qiymətləndirmə komissiyası tərəfindən yazı işləri müsbət dəyərləndirilən 10 nəfər müsabiqəni uğurla başa çatdıra bildi:
Zeynalabidin Hüseynov – “Hərbi texnologiyaların idxal-ixrac məsələlərinin hüquqi tənzimlənməsi: Müdafiə sənayesində beynəlxalq əməkdaşlıq problemləri”
Bəxtiyar Əbilzadə – “Cəzaların Təyin Edilməsinin Cinayətkarın Sosial Vəziyyətinə Təsiri”
Elmira Cəfərova – “Qanun üzrə vərəsəlikdə növbəlik sisteminin əsas xüsusiyyətləri”
Zahid Nəsibov – “Müharibə vəziyyətinin kəsilməsi və müharibənin qurtarmasının hüquqi nəticələri"
Aybəniz Gözəlova – “Miras qoyanın sosial mediya hesablarının vərəsələrə ötürülməsinin mümkünlüyü”
Əminə Əhmədova – “Malların və nəqliyyat vasitələrinin gömrük prosedurları və gömrük bəyannaməsinin təhlili”
Şahmar Soltanlı – “Mənzil toxunulmazlığı: hüquqi və etik problemlər”